image-01a3164fe1b3e14fad7fe6d743ec3b0101889519-2671x4500backend

Edi Rama: Kuşner kurort layihəsi ətrafında yayılan iddialar “hibrid müharibə” xarakteri daşıyır

Albaniyanın Baş naziri Edi Rama ölkədə keçirilən etirazlara və Cared Kuşnerlə bağlı kurort layihəsi ətrafında yayılan iddialara münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rama etirazların arxasında dezinformasiya kampaniyası olduğunu iddia edib.

Baş nazirin sözlərinə görə, məsələ “Albaniyaya qarşı hibrid müharibə” çərçivəsində təqdim olunur və layihə ilə bağlı yayılan məlumatlar əsassızdır.

“Bu, Albaniyaya qarşı hibrid müharibə kimi təqdim edilir… Yalan narrativlər yayılır, guya layihə mənimlə Netanyahu arasında Cared Kuşner vasitəsilə hazırlanıb və məqsəd fələstinlilərin köçürülməsidir”, – deyə Rama bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki