image-58b80528-d1f3-458f-b7df-8a4ca3f4de58backend

Britaniya ordusu 30 milyon funt qənaət etmək üçün iri hərbi təlimləri dayandırıb

Britaniya ordusu təxminən 30 milyon funt sterlinq qənaət etmək məqsədilə bir sıra böyükmiqyaslı hərbi təlimləri dayandırıb. Qərar hərbi hazırlıq səviyyəsi ilə bağlı narahatlıqlara səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, yeni göstərişə əsasən, 90 və daha çox hərbçinin iştirak etdiyi genişmiqyaslı təlimlər, o cümlədən tank və helikopterlərin cəlb olunduğu manevrlər yalnız bölmələrin yaxın zamanda əməliyyata göndərilməsi və ya sürətli reaksiya vəzifəsinə hazırlanması halında keçiriləcək.

Uelsdə Kral Tank Alayının altı həftəlik real atışlı təlimi də ləğv edilən təlimlər arasında olub. Təlimin növbəti həftə başlaması planlaşdırılırdı.

Qərar orduda hərbi hazırlığın zəifləyə biləcəyi ilə bağlı tənqid və narahatlıqlara səbəb olub. Britaniya ordusu isə təlimlərin tamamilə dayandırılmadığını, əsas diqqətin döyüş hazırlığına və müasir müharibənin tələblərinə uyğun təlimlərə yönəldildiyini bildirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki