Belçikanın müdafiə naziri Teo Franken Türkiyənin hərbi texnologiyalarını yüksək qiymətləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Ən çox hansı türk silah sistemləri və platformaları sizi heyran edib?” sualına cavab verən Franken bildirib ki, döyüş təyyarələri və pilotsuz döyüş aparatları xüsusilə diqqət çəkir.
Nazir Baykar Kızılelma haqqında danışaraq “bu, həqiqətən də vau effekti yaradır” deyib. O əlavə edib ki, Türkiyənin sahib olduğu bir çox imkanlar hazırda Belçikada mövcud deyil.
Rauf
























