image-5780898166944239057backend

Ankara Egey və Aralıq dənizində yeni qanun hazırlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə 200 dəniz mili həcmində müstəsna iqtisadi zona elan etmək səlahiyyəti verəcək yeni qanun layihəsi hazırlayır.

İNFOAZ.MEDİA xəbər verir ki, qanun layihəsi qəbul olunarsa, Egey dənizi və Şərqi Aralıq dənizində balıqçılıq, mədən və enerji qazma fəaliyyətləri ilə bağlı qərarları birbaşa prezident müəyyən edə biləcək.

Qeyd olunur ki, sözügedən bölgələrdə Yunanıstan və Kipr ilə uzun illərdir davam edən dəniz səlahiyyətləri mübahisələri mövcuddur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki