“Amazon” şirkətinə məxsus “Boinq 767” yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanının yaxınlığındakı yolda qəzaya uğrayıb.
Bu barədə “Nyu York Post” məlumat yayıb.
Təyyarə Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.
Qəzanın səbəbi və hadisənin tam miqyası hələlik məlum deyil.
Hakimiyyət orqanları ölən və yaralananların sayı barədə məlumat açıqlamayıb.// axar.az
























