Zelenskibackend

Zelenski: Tərəfdaşlarımız vədlərini vaxtında yerinə yetirsəydilər, bu gün evləri və insanları xilas edə bilərdik

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, tərəfdaş ölkələr vəd etdikləri hərbi yardımları vaxtında çatdırsaydılar, Rusiyanın son hücumları zamanı daha çox insanın həyatını və yaşayış evlərini qorumaq mümkün olardı.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, silah və hava hücumundan müdafiə vasitələrinin gecikdirilməsi Ukraynanın müdafiəsinə mənfi təsir göstərir.

“Əgər tərəfdaşlarımız vəd etdiklərini vaxtında çatdırsaydılar, bu gün evləri və insan həyatını xilas edə bilərdik. Bu, böyük problemdir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki