Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə NATO Sammitində iştirak etmək məqsədilə Türkiyənin paytaxtı Ankara şəhərinə gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, onları hava limanında Türkiyə rəsmiləri qarşılayıblar.
Zelenskinin sammit çərçivəsində NATO-ya üzv ölkələrin liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi, Ukraynadakı müharibə, regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və digər aktual məsələləri müzakirə etməsi gözlənilir.
Rauf
























