image-rusyadan-ingiltereye-acik-tehdit-askeri-tesisler-hedef-alinabilir-rayzbackend

Zaxarova xəbərdarlıq etdi: Britaniya hərbi obyektləri hədəfə çevrilə bilər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Britaniya istehsalı silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməsinə cavab olaraq, Ukraynadan kənardakı Britaniya hərbi obyektləri və texnikasının da hədəfə çevrilə biləcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zaxarova Moskvanın Ukraynanın Britaniya istehsalı uzaqmənzilli raketlərdən istifadə etməsi ilə bağlı xəbərdarlıqlar etdiyini deyib.

O, həmçinin NATO hərbi kontingentinin Ukraynaya yerləşdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb və belə qüvvələrin yerləşdiriləcəyi təqdirdə onların Rusiya üçün “qanuni hərbi hədəf” hesab ediləcəyini bildirib.

Zaxarovanın açıqlamaları Britaniyanın Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlərinin istehsalı üçün məxfi texnologiyalara çıxış verməsindən sonra Moskva ilə London arasında gərginliyin artdığı bir vaxtda səslənib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki