Serbiya Prezidenti Aleksandar Vuçiç keçmiş bosniyalı serb generalı Ratko Mladiçin ölümündən sonra bildirib ki, onun həyatının son günlərini Serbiyada keçirməsi üçün bütün imkanlardan istifadə ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Vuçiçin sözlərinə görə, Mladiçin təxminən 7 günlə 5 həftə arasında ömrünün qaldığını dəqiq bilirdilər. O, Mladiçin Serbiyaya gətirilməsinə icazə verilməməsini sərt şəkildə tənqid edib.
“Onun nə qədər vaxtının qaldığını dəqiq bilirdik və buna icazə verməyənlər bunu bizdən daha yaxşı bilirdilər”, – Vuçiç bildirib.
Serbiya prezidenti əlavə edib ki, Belqrad hələ də Mladiçin cəsədinin nə vaxt təhvil veriləcəyinə dair Haaqadan məlumat almayıb.
Mladiç 27 avqustda Haaqadakı BMT nəzarətində olan həbsxanada ölüb. O, 1995-ci ildə Srebrenitsa qətliamı da daxil olmaqla soyqırım və digər müharibə cinayətlərinə görə ömürlük həbs cəzası çəkirdi.
Rauf
























