Alman avtomobil istehsalçısı Volkswagen İsrailin müdafiə sənayesi şirkəti Rafael Müdafiə Sistemi ilə birgə yeni layihə üzrə əməkdaşlığa yaxınlaşdığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər Almaniyanın Osnabrück şəhərində yerləşən Volkswagen zavodunun bir hissəsini hərbi texnika istehsalına yönəltmək üçün birgə müəssisə yaratmağı müzakirə edir. Plan çərçivəsində zavodun hərbi yük maşınları istehsal etməsi və bu texnikanın “Iron Dome” və gələcəkdə “Iron Beam” hava hücumundan müdafiə sistemləri üçün istifadə olunması nəzərdə tutulur.
İddialara görə, raketlər və əsas texniki komponentlərin istehsalı İsraildə qalacaq, Almaniyada isə əsasən nəqliyyat vasitələrinin hazırlanması və yığılması həyata keçiriləcək.
Rauf
























