ABŞ vitse-prezidenti JD Vens bildirib ki, İsveçrədə keçirilən danışıqların ən mühüm nəticələrindən biri ABŞ ilə Iran arasında gələcək gərginliyin qarşısını almaq üçün birbaşa hərbi kommunikasiya kanalının yaradılması ilə bağlı prinsipial razılıq olub.
İNFOAZ.MEDİA xəbər verir ki, Vensin sözlərinə görə, əsas məqsəd münaqişələrin böyüməsinin qarşısını almaq və qarşı tərəflə operativ əlaqə mexanizmi qurmaq idi.
“İstədiyimiz nəticələrdən biri İran tərəfi ilə gərginliyi azaltmağa xidmət edəcək bir kanalın yaradılması idi”, – deyə o qeyd edib.
Vitse-prezidentin iddiasına görə, İran tərəfi bu ideyaya razılıq verərək belə yanaşma təklif edib: SEPAH nümayəndəsi Dohada ABŞ-ın CENTCOM nümayəndəsi ilə əlaqələndirici formatda işləsin və mübahisəli məsələlərin bir hissəsi bu kanal vasitəsilə həll olunsun.
Rauf
























