image-5803267477608271644backend

Uqandanın dünyada ən gənc kralı olmuş Oyo Nyimba 34 yaşında vəfat edib

Uqandanın Tooro Krallığının kralı Oyo Nyimba Kabamba Iguru Rukidi IV 34 yaşında vəfat edib. Oyo 1995-ci ildə, cəmi 3 yaşında taxta çıxaraq dünyanın ən gənc hakim monarxı kimi tanınmışdı.

İNFOAZ.MEDİA xəbər verir ki, Tooro Krallığı Uqandanın qərbində yerləşən və əsasən simvolik siyasi statusa, lakin mühüm mədəni və sosial təsirə malik ənənəvi monarxiyadır. Uqanda respublika olduğundan kralın siyasi hakimiyyəti məhdud idi.

Kral Oyonun ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb. Bildirilir ki, o, ABŞ-da müalicə alırdı və avqustun 27-də yerli vaxtla təxminən saat 22:00-da vəfat edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki