NEFTbackend

Ukrayna zərbələr endirdi, neft emalı zavodunun fəaliyyəti dayandı

Ukrayna dronlarının hücumu nəticəsində Rusiyanın Perm şəhərində yerləşən iri neft emalı zavodunun fəaliyyətinin tam dayandığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, hücumdan sonra müəssisədə üç ilkin neft emalı qurğusu və bəzi ikinci mərhələ istehsal xəttləri qəza rejimində dayandırılıb. Zavodun təmir işlərinin bir neçə həftə çəkə biləcəyi, dəqiq bərpa müddətinin isə hələlik məlum olmadığı qeyd olunur.

Söhbət Lukoil-a məxsus “Permneftorgsintez” neft emalı zavodundan gedir. Bu müəssisə Rusiyada ən iri neft emalı obyektlərindən biri sayılır və 2024-cü ildə təxminən 12,6 milyon ton neft emal edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki