Almaniya və bəzi Avropa rəsmiləri Ukrayna-Rusiya danışıqlarında vasitəçi kimi Angela Merkel fiqurunun mümkün rolunu qeyri-rəsmi şəkildə müzakirə edir.
İNFOAZ.MEDİA xəbər verir ki, Merkel Avropanın böyük hissəsində hələ də etibarlı siyasi fiqur hesab olunur. Onun həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə şəxsi əlaqələrinin olduğu və rus dilini bildiyi vurğulanır.
Merkelin ofisi isə bildirib ki, bu məsələ ilə bağlı ona heç kim müraciət etməyib və keçmiş kansler belə bir rolu nəzərdən keçirib-keçirmədiyini açıqlamayıb.
Rauf
























