image-kazan-dron-1backend

Ukrayna dronlarının zərbələri Rusiyada benzin istehsalını kəskin azaldıb

Rusiyada benzin istehsalı avqustun sonlarında daxili tələbatın cəmi 70 faizini qarşılayacaq səviyyəyə düşüb. Reuters-in sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, buna Ukrayna dronlarının bir sıra iri neft emalı zavodlarına hücumları səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, zərbələr nəticəsində Perm, Nijni Novqorod və Yaroslavldakı mühüm emal müəssisələrində fəaliyyət dayandırılıb və ya ciddi şəkildə məhdudlaşdırılıb. Xüsusilə Nijni Novqorod vilayətindəki NORSI zavodunun avqustun 26-da hücumdan sonra neft emalını dayandırdığı bildirilir.

İstehsalın azalması Rusiyanın müxtəlif bölgələrində yanacaq qıtlığını və satış məhdudiyyətlərini daha da dərinləşdirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki