image-us-special-envoy-middle-east-steve-witkoff-saudi-arabia-february-2025backend

Uitkoff Ukrayna danışıqlarının aparıldığı oteldən ayrıldı

 ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Cenevrədə danışıqların aparıldığı oteldən ayrılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, o, yerli vaxtla saat 18:00-da oteli tərk edib və ümumilikdə orada dörd saat qalıb.Uitkoff Ukrayna nümayəndə heyəti ilə görüş keçirib.

Məlumata əsasən, Rusiya Prezidentinin elçisi Kirill Dmitriev də saat 17:00 radələrində həmin otelə gəlib.

Xatırladaq ki, daha əvvəl Uitkoff özü və Cared Kuşnerin Cenevrədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerovlə görüşəcəyini açıqlamışdı.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki