image-whatsapp-image-2023-03-06-at-14-55-08-768x403backend

Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek

Türkiyənin müxalif “Vətən” partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini “ittifaqın dəfn mərasimi” adlandırıb.

O, ABŞ və İsrailin yaratdığı təhdidlərə qarşı çıxa biləcək yeganə qüvvənin Türkiyə, Rusiya, Çin və İrandan ibarət ittifaq olacağını iddia edib.

“İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti təşkilatın dəfn mərasimi olacaq. Türkiyə üçün NATO sistemində müstəqillik, suverenlik, təhlükəsizlik və ya iqtisadiyyat yoxdur, ona görə də ittifaqdan çıxmalıdır”, – o, İstanbulda NATO iclasına həsr olunmuş konfransda bildirib.

Perinçek iddia edib ki, Türkiyə, Rusiya, Çin və İran arasında ittifaqın yaradılması dörd ölkə üçün zəruri və qaçılmazdır:

“Bu onlar və bütün bəşəriyyət üçün müharibənin qarşısını almağın yeganə həllidir. Bu ittifaq ABŞ və İsrailin yaratdığı təhlükəni cilovlaya bilən qüvvədir”.// teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki