image-5774076105315782134backend

Trampın raket qalxanı planı büdcə narahatlığı doğurdu

ABŞ Konqresinin Büdcə Ofisi Donald Tramp-ın təklif etdiyi “Golden Dome” raketdən müdafiə sisteminin dəyəri ilə bağlı hesabat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hesabata görə, layihənin 20 il ərzində ümumi xərci 1,2 trilyon dollara çata bilər. Bu rəqəm Pentaqonun açıqladığı 185 milyard dollarlıq ilkin qiymətləndirmədən xeyli yüksəkdir.

Bildirilir ki, sistem ABŞ ərazisini mümkün raket hücumlarından qorumaq məqsədi daşıyır. Bununla belə, layihənin maliyyə yükü Vaşinqtonda müzakirələrə səbəb olub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki