ABŞ prezidenti Donald Tramp-ın təqdim etdiyi “Made in USA” qızılı smartfon layihəsi ətrafında narazılıqlar artır.
İNFOAZ.MEDİA xəbər verir ki, təxminən 590 min nəfər qiyməti 499 dollar olan telefon üçün 100 dollarlıq öncədən depozit ödəyib. Bu isə ümumilikdə 59 milyon dollar vəsait deməkdir. Lakin bir il keçməsinə baxmayaraq, indiyədək heç bir cihaz alıcılara çatdırılmayıb.
Bundan əlavə, telefonun satışa çıxma tarixinin dəfələrlə təxirə salındığı, yenilənmiş şərtlərdə isə geri ödəniş və çatdırılmanın təmin edilmədiyi qeyd olunub.
Rauf
























