trampbackend

Tramp: Yeni “Air Force One” ilk olaraq hərbçilərə təqdim olunacaq

ABŞ Prezidenti Donald Tramp yeni “Air Force One” təyyarəsinin ilk olaraq hərbçilərə nümayiş etdiriləcəyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin hərbçilərini şərəfləndirmək məqsədilə tamamilə yeni və möhtəşəm “Air Force One” təyyarəsi Böyük Britaniyadakı Mildenhall Hərbi Hava Bazasına göndəriləcək. Onun sözlərinə görə, hərbçilər burada təyyarəni yaxından görmək və onunla tanış olmaq imkanı əldə edəcəklər.

ABŞ Prezidenti əlavə edib ki, Türkiyədən Böyük Britaniyaya səfər zamanı əvvəlki “Air Force One” istifadə olunacaq. Tramp bunun qısa, lakin dəyərli bir uçuş olduğunu qeyd edərək, məqsədin ABŞ hərbçilərinə Hərbi Hava Qüvvələrinin donanmasına əlavə edilən yeni təyyarəni ilk görənlər olmaq imkanı yaratmaq olduğunu vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki