ABŞ Prezidenti Donald Tramp jurnalistin Rusiya Prezidenti Vladimir Putin barədə sualını cavablandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, jurnalist Putinin iyulun 4-də Trampla telefon danışığından qısa müddət sonra Kiyevə zərbələr endirdiyini və mülki şəxslərin həlak olduğunu xatırladaraq, “Niyə Putin sizinlə danışdıqdan sonra heç bir təzyiq hiss etmir?” sualını ünvanlayıb.
Tramp isə cavabında Putinin təzyiq hiss etdiyini düşündüyünü bildirib.
“Fikrimcə, o, təzyiq hiss edir. O, bu müharibəni bitirmək istəyir”, – deyə ABŞ prezidenti vurğulayıb.
Jalə
























