image-novyy-proekt-5-768x403backend

Elşad Miri: ““Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

“Vahid məktəbli forması məsələsi hər zaman aktuallığını qoruyub. Bəs yuxarı sinif şagirdlərinə, yaxud müəllimlərə baş örtüsünü qadağan edəcəksən? Qadağalarla nələrinsə aradan qaldırılması bu cür məsələlərdə doğru deyil. Çünki bu adam özünün inanclı olduğunu qəbul edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri bu barədə nə çıxış edəcəklər? Yaxud Qafqaz Müsəlmanları İdarəsinin mənsubları nə deyəcəklər? Sakit dayanacaqlar, ya etiraz, təsdiq edəcəklər? Bu məsələ gündəmə gəlməli, müzakirə olunmalıdır. “Hə, mən baş örtüsünü qadağan etdim, vəssalam” deməklə məsələ bitmir. Məktəb formasına uyğun olaraq bunu edə bilərlər, vəssalam”.

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

“Bunu bütün dindarlar da qəbul edirlər ki, “uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur. Sadəcə, bu, bəzi valideynlərin özlərini başqalarına daha dindar göstərmək üçün istifadə etdikləri bir formadır. Ya da istəyirlər ki, uşaqları az yaşdan baş örtüsünə öyrəşsin. Məqsəd bundan ibarətdir. Bəs bir şeyi qadağan etmək onu aradan qaldırırmı? Təbii ki, xeyr. Qadağan edilmədiyi zaman insanlar özləri qərar verəcəklər ki, bu məsələ doğru idi, yoxsa yanlış idi”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki