ABŞ Prezidenti Donald Tramp administrasiyasının federal ərazilərdə yerləşən bəzi obyektlərə prezidentin adının verilməsi məsələsini müzakirə etdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, MS NOW-un məlumatına görə, söhbət 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolnun öldürüldüyü Vaşinqtondakı Ford teatrından da gedir.
Məlumata əsasən, təşəbbüsün nə dərəcədə ciddi nəzərdən keçirildiyi və bunun hüquqi baxımdan mümkün olub-olmadığı hələ aydın deyil. Ford Teatrının adı federal qanunla müəyyən edildiyindən, dəyişiklik üçün Konqresin təsdiqi tələb oluna bilər.
Rauf
























