image-deleduz-768x403backend

Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri kassasiya şikayəti verdi

Bakıda “056” avtosalonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Fərid Cəlalov və Kamil Habillinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1 milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunub.

İstintaq materiallarına əsasən, Kamil Habilli Fərid Cəlalova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 7 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilib.// Pravda.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki