Litva Prezidenti Qitanas Nauseda Rusiyanın Ukraynada ağır hərbi itkilər verdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Nausedanın sözlərinə görə, son 55 ayda Rusiyanın hərbi itkiləri 1,5 milyon nəfərə çatıb. O bildirib ki, son bir ildə Rusiya 400 mindən çox hərbçinin öldürülməsi və yaralanması bahasına Ukrayna ərazisinin 0,3 faizini ələ keçirib.
“Bütün bu böyük səylər, tökülən qan və göz yaşları, əsasən, heç nəyə gətirib çıxarmadı. Ukrayna hələ də müstəqil dövlət kimi qürurla ayaqdadır. Ukrayna dili, mədəniyyəti və milli kimliyi yaşayır və inkişaf edir”, – Nauseda deyib.
Jalə
























