image-sheikh-tamim-bin-hamad-al-thanibackend

Qətər əmiri: Fələstin məsələsi hələ də açıq yara olaraq qalır

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki siyasətini və Fələstin məsələsini tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, O, işğal altındakı Qərb Sahilində davam edən təqibləri, aparteidi və məskunlaşmaçıların zorakılığını, həmçinin İslam və xristian müqəddəs məkanlarına, xüsusilə Əl-Əqsa məscidinə qarşı hərəkətləri qeyd edib.

Qətər əmiri Fələstin xalqının, o cümlədən paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb.

“Bütün bunlar hələ də açıq yara olaraq qalır”, – o deyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki