Tramp İrana qarşı əməliyyatda İTKİLƏR HAQDA DANIŞDIbackend

Tramp İrana sərt mesaj verdi: “Ya razılaşacağıq, ya da işi tamamlayacağıq”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Vaşinqtonun qarşısında iki seçim var: ya Tehranla razılıq əldə olunacaq, ya da ABŞ hərbi variantı həyata keçirəcək.

“Ya razılaşacağıq, ya da işi tamamlayacağıq. Bunu başa çatdırmaq çətin olmayacaq”, – deyə o bildirib.

ABŞ prezidenti bununla belə, hərbi əməliyyat əvəzinə diplomatik razılaşmaya üstünlük verdiyini vurğulayıb.

“91 milyon insana təsir etmək istəmirəm. Mən razılaşma əldə etməyi üstün tuturam”, – deyən Tramp ABŞ-ın İranın infrastrukturuna qısa müddətdə ciddi zərbə endirmək imkanına malik olduğunu iddia edib.

O, ABŞ-ın lazım gələrsə İranın körpülərini, enerji təchizatı sistemini, elektrik stansiyalarını və digər mühüm enerji obyektlərini çox qısa müddətdə sıradan çıxara biləcəyini bildirib.

Tramp əlavə edib ki, İran rəhbərliyi də ABŞ-ın bu imkanlarının fərqindədir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki