ABŞ Prezidenti Donald Tramp administrasiyasının ABŞ kəşfiyyat qurumları üzrə vahid məlumat bazası yaradılması təşəbbüsü müzakirələrə səbəb olub.
İNFOAZ.MEDİA xəbər verir ki, məlumata görə, təşəbbüs çərçivəsində ABŞ kəşfiyyat qurumlarından xarici casusluq hədəfləri barədə məlumatların bir sistemdə toplanması nəzərdə tutulur. Buraya şübhəli casuslar, kəşfiyyat əməkdaşları, haker qrupları, transmilli cinayət şəbəkələri və potensial əməkdaşlıq hədəfləri daxil edilə bilər.
ABŞ Milli Kəşfiyyat Direktoru Ofisi hesab edir ki, belə bir sistem müxtəlif qurumlar arasında koordinasiyanı gücləndirə və paralel fəaliyyət riskini azalda bilər.
Bununla yanaşı, yüksək səviyyəli rəsmilərin bir hissəsi, o cümlədən Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi daxilində bəzi nümayəndələr bu təşəbbüsə ehtiyatla yanaşır. Onların fikrincə, həddindən artıq mərkəzləşdirilmiş sistem məxfi əməliyyatların ifşası, araşdırmaların risk altına düşməsi və məlumat sızması ehtimalını artıra bilər.
Jalə
























