Ekaterinburq–İstanbul istiqamətində uçan sərnişin təyyarəsində “powerbank” cihazının qəfil alışması səbəbindən panika yaşanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə “Airbus A320” tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra baş verib. Sərnişinlərdən birinin mobil telefonunu enerji ilə təmin etmək üçün istifadə etdiyi “powerbank” əvvəlcə tüstülənməyə başlayıb, daha sonra isə alovlanıb. Təyyarə heyəti hadisəyə dərhal müdaxilə edərək yanğını qısa müddətdə nəzarət altına alıb və söndürüb.
EMİN
İNFOAZ.MEDİA























