Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin təhlükəsizliyinin hökumətin əsas prioriteti olduğunu bəyan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Starmer çıxışında milli təhlükəsizlik məsələlərinin hər şeydən üstün olduğunu vurğulayıb.
“Ən birinci vəzifəm, hər şeydən üstün olan borcum ölkəmizi təhlükəsiz saxlamaq və insanlarımızın təhlükəsizliyini təmin etməkdir”, – deyə Baş nazir bildirib.
Starmer qeyd edib ki, hökumət vətəndaşların təhlükəsizliyinin qorunması, milli müdafiənin gücləndirilməsi və ölkəyə yönələn təhdidlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirəcək.
Jalə
























