Serbiya və NATO ilk dəfə birgə hərbi təlimlərə başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, təlimlərdə təxminən 600 hərbçi iştirak edir və məşqlərin 23 may tarixinədək davam edəcəyi bildirilir.
Məlumata görə, bu, Serbiya ilə NATO arasında indiyədək keçirilən ilk belə genişmiqyaslı birgə hərbi təlimdir. Təlimlərin fonunda isə tarixi gərginlik də diqqət çəkir — 1999-cu ildə Kosovo müharibəsi zamanı NATO Belqradı bombalamışdı.
Rəsmi olaraq neytral siyasət yürüdən Serbiya həm Rusiya, həm də Çin ilə hərbi-texniki əməkdaşlığı davam etdirir və bu ölkələrdən silah tədarükü alır.
Rauf
























