Küveytin açıqlamasına görə, ölkə İranın İnqilab Keşikçiləri Korpusuna bağlı bir qrupun Bubiyan adasına hücum cəhdini ifşa edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Küveyt tərəfi bildirir ki, bu ayın əvvəlində Bubiyan adasında Çin tərəfindən dəstəklənən liman layihəsinin yerləşdiyi ərazidə mümkün hücum planı aşkarlanıb. Əməliyyat zamanı 4 şübhəli saxlanılıb, 2 nəfər isə qaçmağı bacarıb. Saxlanılan şəxslərin sorğu-sual zamanıSEPAH-a bağlı olduqlarını etiraf etdikləri iddia olunur.
Hadisə zamanı Küveyt təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaşandığı, bir hərbçinin yaralandığı da bildirilir.
Küveyt rəsmiləri bu insidenti İran tərəfindən həyata keçirilən “düşmən fəaliyyət” kimi qiymətləndirib və regionun təhlükəsizliyinə təhdid yaratdığını deyiblər. İran tərəfi isə hələlik bu iddialara münasibət bildirməyib.
Rauf
























