image-1769765286764-316559269backend

Semeru vulkanı üç saat ərzində yeddi dəfə püskürdü

İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən Semeru vulkanı 4 fevral səhər saatlarında 3 saat ərzində 7 dəfə püskürüb. Vulkanın hündürlüyü 4676 metr yüksəkliyə qalxıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərazidə təhlükə səviyyəsi ən yüksək,  4-cü səviyyə olaraq qalır. Sakinlərə kraterdən ən azı 8 km uzaq durmaq tövsiyə edilib.

Qeyd edək ki, Semeru Yava adasının ən yüksək nöqtəsi və İndoneziyada dördüncü ən hündür vulkandır. İlk püskürmə saat 04:58, sonuncu isə 07:05-də qeydə alınıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki