NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən tədbirdə çıxışı zamanı Türkiyənin NATO daxilindəki rolunu yüksək qiymətləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte bildirib ki, Türkiyə NATO-nun ən böyük və yaxşı hazırlıq keçmiş silahlı qüvvələrindən birinə malikdir. Onun sözlərinə görə, son 5–10 il ərzində ölkənin müdafiə sənayesi sürətlə inkişaf edib.
Baş katib qeyd edib ki, hazırda Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən təxminən 3 min şirkət Alyansın ehtiyac duyduğu hərbi məhsulların istehsalına töhfə verir.
O, həmçinin Ankaranın, İstanbulun və ümumilikdə Türkiyənin strateji əhəmiyyətinə diqqət çəkərək, ölkənin coğrafi mövqeyinin və NATO daxilindəki liderliyinin xüsusi önəm daşıdığını vurğulayıb.
Jalə
























