NATO-nun Baş katibi Mark Rutte Ankarada çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın müdafiə xərcləri ilə bağlı siyasətini dəyərləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte bildirib ki, Trampı Duayt Eyzenhauerdən sonra Avropa ölkələri və Kanadanın müdafiəyə ABŞ-la eyni səviyyədə vəsait ayırmasına nail olan üçüncü ABŞ prezidenti hesab etmək olar.
Onun sözlərinə görə, Trampın rəhbərliyi dövründə NATO müttəfiqləri arasında müdafiə xərclərinin artırılması istiqamətində mühüm irəliləyiş əldə olunub və bu, Alyans daxilində yükün daha balanslı bölüşdürülməsinə töhfə verib.
Jalə
























