NATO-ya bənzər Avropa qüvvələri yaradılır? Rutte danışdıbackend

Rutte: ABŞ və Avropa müdafiə şirkətləri yeni sənaye əməkdaşlığına başlayır

NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Sammitində ABŞ və Avropanın aparıcı müdafiə sənayesi şirkətləri arasında yeni sənaye əməkdaşlığı təşəbbüslərinin razılaşdırıldığını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ruttenin sözlərinə görə, ABŞ-ın aparıcı müdafiə şirkətləri Anduril, Boeing, General Dynamics, Lockheed Martin və Raytheon, Avropanın böyük müdafiə sənayesi şirkətləri Diehl, PGZ və Rheinmetall ilə yeni əməkdaşlıq layihələrinə başlayacaq.

O bildirib ki, bu təşəbbüs sayəsində Abrams tankları, AMRAAM hava-hava raketləri, ATACMS taktiki raketləri, Barracuda 500M raket sistemi, Small Diameter Bomb (SDB) dəqiq idarə olunan bombaları və Stinger zenit-raket kompleksləri kimi ABŞ istehsalı olan mühüm silah sistemlərinin istehsalı və texniki dəstəyi Avropada həyata keçiriləcək.

NATO Baş katibi qeyd edib ki, bu əməkdaşlıq Alyansın müdafiə sənayesinin gücləndirilməsinə, istehsal imkanlarının artırılmasına və Avropanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki