Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın İrana iqtisadi təzyiqinə toxunaraq vurğulayıb ki, Moskva beynəlxalq münasibətlərdə sanksiyaların təzyiqini aradan qaldırmaq üçün İran və digər müvafiq ölkələrlə birgə çalışacaq.
RİA Novosti xəbər agentliyinin məlumatına görə, Zaxarova ABŞ-ın İrana qarşı ikinci dərəcəli sanksiyaları ilə bağlı mətbuat konfransında bildirib ki, “Rusiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozan birtərəfli, qanunsuz və məcburi tədbirlərin tətbiqi metodunu qəti şəkildə rədd edir”.
O, əlavə edib ki, “Biz bu qanunsuz təşəbbüsə qarşı çıxmaq üçün iranlı həmkarlarımız və digər müvafiq ölkələrlə əlaqələndirmə aparacağıq və eyni düşüncəli ölkələrlə birlikdə beynəlxalq sistemdən sanksiya təzyiqini aradan qaldırmaq üçün səylərimizi davam etdirəcəyik”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, “Birtərəfli sanksiyaların qanunsuz tətbiqi uzun müddətdir ki, Qərb tərəfindən istənməyən ölkələri hesablaşmaq və cəzalandırmaq üçün əsl vasitəyə çevrilib”.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























