image-0x0-1backend

Reuters: Tramp NATO liderlərinə ABŞ-ın Alyansda qalmaq istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Sammitinin qapalı iclasında müttəfiq ölkələrin liderlərinə ABŞ-ın NATO-da qalmaq niyyətində olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, Tramp iclas zamanı “Biz sizinlə qalmaq istəyirik” ifadəsini işlədib. O, həmçinin ABŞ-ın müttəfiqlərinə silah satışını həmin silahların necə istifadə olunmasından asılı olmayaraq davam etdirməyə hazır olduğunu bildirib.

Tramp sammitdə əvvəlki çıxışlarından fərqli olaraq NATO üzvü İspaniyanı yenidən tənqid etməyib. O, həmçinin İranla bağlı müvəqqəti razılaşmanın dayandırılması və Qrenlandiya məsələsinə də toxunmayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki