image-marjorie_taylor_greene_trump_fallout_apbackend

Qrin: ABŞ və Rusiya arasında daha yaxın əlaqələr qurulmalıdır

ABŞ Konqresinin üzvü Marjori Teylor Qrin Rusiyanın TASS agentliyinə açıqlamasında Vaşinqton və Moskva arasında güclü münasibətlərin tərəfdarı olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki,Qrin ABŞ və Rusiyanın güclü ticarət tərəfdaşlarına çevrilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Rusiya və ABŞ xalqları arasında fərqlərdən daha çox oxşarlıqlar mövcuddur.

Konqres üzvü xüsusilə xristian dəyərlərinə diqqət çəkərək amerikalı və rus xristianların ortaq cəhətlərinin çox olduğunu vurğulayıb.

Qrin həmçinin iki ölkə arasında münasibətlərin uzun illərdir mövcud vəziyyətdə olmasını təəssüfverici adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki