Polşa ABŞ-la ölkə ərazisində bir neçə daimi Amerika hərbi bazasının yaradılması imkanını müzakirə edir. Varşava bununla ABŞ-ın Avropadakı qoşun sayını yenidən nəzərdən keçirdiyi bir vaxtda ölkədə uzunmüddətli Amerika hərbi mövcudluğunu təmin etməyə çalışır.
İNFOAZ.MEDİA xəbər verir ki, hazırda Polşada təxminən 10 min ABŞ hərbçisi yerləşir və onların böyük hissəsi rotasiya əsasındadır. Varşava əlavə olaraq kəşfiyyat və komandanlıq imkanlarının genişləndirilməsini də istəyir.
Polşa rəsmiləri isə ölkə ərazisində ABŞ nüvə başlıqlarının yerləşdirilməsini istəmədiklərini bildiriblər.
Jalə
























