Ermənistanın baş naziri Nikol Paşinyan-ın həyat yoldaşı Anna Akopyan ondan ayrıldığını və hökumətə məxsus iqamətgahı tərk etdiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Akopyan bundan sonra kirayə mənzildə yaşayacağını bildirib. O qeyd edib ki, hesabında 5 milyon dram vəsait qalıb.
Akopyan “Mənim Addımım” fondu ilə fəaliyyətini davam etdirmək niyyətində olduğunu desə də, bu işlə bağlı hüquqi riskləri istisna etməyib. Paşinyan da ayrılığı təsdiqləyərək onun qərarına hörmətlə yanaşdığını bildirib.
Jalə
























