Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin 1915-ci il hadisələri ilə bağlı son qərarına münasibət bildirməyəcəyini açıqlayıb.
Paşinyan bu mövzuya daxil olmamağın Ermənistan Respublikasının maraqlarına uyğun olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi “erməni soyqırımı” məsələsinin siyasiləşdirilməsi və ya alətə çevrilməsi prosesində iştirak etməyi məqsədəuyğun hesab etmir.
“Biz hesab edirik ki, erməni soyqırımı məsələsinin alətə çevrilməsi mövzusuna daxil olmamaq Ermənistan Respublikasının maraqlarına uyğundur. Buna görə də cavab verməyə ehtiyac görmürük”, – deyə Paşinyan bildirib.
Jalə
























