image-israil-11backend

Netanyahu HƏMAS ilə danışıqlara icazə verdi

İsrailin “Keshet-12” telekanalı girovların azad edilməsi ilə bağlı danışıqlar zamanı ŞABAK-ın keçmiş rəhbəri Ronen Barın xaricdəki HƏMAS liderləri ilə birbaşa əlaqə saxladığını açıqlayıb.

Telekanalın məlumatına görə, Bar 2025-ci ildə hərbi-siyasi kabinetin iclaslarından birində bu barədə məlumat verib. Bildirilir ki, o, danışıqların vasitəçilərdən yan keçməklə aparıldığını vurğulayıb.

Ronen Barın sözlərinə görə, HƏMAS rəhbərliyi ilə bu birbaşa təmaslar Baş nazir Binyamin Netanyahunun razılığı ilə həyata keçirilib.

Məlumata əsasən, sözügedən əlaqələr barədə məlumat daha əvvəl hərbi senzura tərəfindən yayımlanmasına qadağa qoyulmuşdu.

İsrail tərəfinin HƏMAS-la girovların azad edilməsi məsələsində müxtəlif kanallar vasitəsilə danışıqlar apardığı daha əvvəl də bildirilmişdi.

Şəhla Sabirli

İNFOAZ.MEDİA

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki