image-241202a-001backend

NATO: Müttəfiqlər 1,6 milyard dollarlıq yeni raket və sursat layihələrinə başlayır

NATO Baş katibinin müavini Radmila Şekerinska alyansın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə yeni təşəbbüslərin başladıldığını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Şekerinskanın sözlərinə görə, altı NATO üzvü aşağı qiymətli qanadlı və ballistik raketlərin kütləvi şəkildə hazırlanması və istehsalı üçün birgə layihəyə qoşulub.

O bildirib ki, digər təşəbbüs NATO üçün standart 155 millimetrlik artilleriya sursatının prototipinin hazırlanmasını nəzərdə tutur. Bu layihə NATO-nun Təchizat və Satınalma Agentliyi (NSPA) tərəfindən həmin çaplı sursatların daha böyük həcmdə alınmasına dair yeni müqavilə ilə dəstəklənəcək.

Şekerinska əlavə edib ki, ev sahibi ölkə olan Türkiyə də xeyli sayda ATMACA qurudan buraxılan uzaqmənzilli qanadlı raketlərin satın alınmasına dair öhdəlik götürüb.

NATO rəsmisinin sözlərinə görə, bütün bu təşəbbüslərin ümumi dəyəri təxminən 1,6 milyard ABŞ dolları təşkil edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki