Niderlandda yerləşən NATO-nun Brunssumdakı əməliyyat qərargahı yaxınlığında iki alman əsgərinə hücum edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə zamanı 8–10 nəfərlik maskalı qrup xidmət vəzifəsindən kənarda, mülki geyimdə olan əsgərləri saxlayıb və onlardan pul tələb edib. Daha sonra qrup üzvləri əsgərlərdən birini döyərək “NATO-ya nifrət edirik” şüarları səsləndiriblər.
Hadisənin NATO-nun Brunssumdakı əməliyyat qərargahı yaxınlığında baş verdiyi bildirilir.
Rauf
























