NATO-nun qarşıdakı sammitində Ukrayna məsələsinin ABŞ Prezidenti Donald Trampı narahat etməmək üçün ikinci plana keçirilə biləcəyi iddia olunur.
İNFOAZ.MEDİA xəbər verir ki, The Telegraph qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski sammitin növbəti gün keçiriləcək əsas hissəsində iştirak etməyəcək və əvvəlki illərdə olduğu kimi NATO liderləri qarşısında çıxış etməyəcək.
Nəşrin müəllifi bildirir ki, NATO daxilində Ukraynaya gələcək dəstək məsələsində fikir ayrılıqları getdikcə artır. Məlumata görə, bəzi üzv dövlətlər artıq öz milli müdafiə ehtiyaclarını prioritet hesab etdiklərini daha açıq şəkildə ifadə edirlər.
Jalə
























