melonibackend

Meloni: İtaliya İranla münaqişədə iştirak etməyib

İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin İranla bağlı hərbi əməliyyatlarda iştirak etmədiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Meloni bildirib ki, əgər İtaliya münaqişədə iştirak etsəydi, bu halda ABŞ Prezidentinin son dövrlərdə ifadə etdiyi narazılıqları izah etmək çətin olardı.

Onun sözlərinə görə, Roma öz öhdəliklərinə sadiq qalaraq ölkə ərazisində yerləşən bazalardan yalnız logistik və texniki fəaliyyətlər üçün istifadəyə icazə verib və bu imkanlar döyüş əməliyyatlarını əhatə etməyib.

Baş nazir əlavə edib ki, sonradan bu çərçivədən kənara çıxan müraciətlər daxil olsa da, İtaliya həmin obyektlərin istifadəsinə icazə verməyib.

Meloni qeyd edib ki, bu mövzu ictimaiyyətə də məlum olub və mediada geniş şəkildə işıqlandırılıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki