Fransada qalmaqallı iddia gündəmə gəlib. “Paris Match” jurnalistinin yeni kitabında iddia olunur ki, Emmanuel Makron ilə fransız-iranlı aktrisa Qolşifte Fərahani arasında aylarla davam edən “platonik flört” yaşanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, kitabda onların mesajlaşdığı və Makronun aktrisaya “Səni çox gözəl hesab edirəm” kimi mesajlar göndərdiyi qeyd olunur.
Müəllifin iddiasına görə, 2025-ci ilin mayında Hanoy aeroportunda Bricit Makron ilə Emmanuel Makron arasında baş verən və sosial şəbəkələrdə geniş yayılan gərginliyin səbəbi də məhz bu mesajlar olub. Bildirilir ki, Bricit Makron təyyarə uçuşu zamanı prezidentin telefonundakı yazışmaları gördükdən sonra cütlük arasında mübahisə yaranıb.
Rauf
























