makronbackend

Makron: Fransa və İtaliya Livanda UNIFIL-dən sonrakı mexanizm üzərində işləmək istəyir

Fransa Prezidenti Emmanuel Makron Livandakı vəziyyət və beynəlxalq missiyanın gələcəyi ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Makron bildirib ki, Fransa və İtaliya BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) töhfə verən ölkələr kimi xüsusi məsuliyyət daşıyırlar.

Onun sözlərinə görə, İtaliyanın Baş naziri Ciorcia Meloni ilə birlikdə UNIFIL mandatından sonrakı dövr üçün yeni mexanizmin hazırlanmasına yönəlmiş koalisiyanın yaradılması təşəbbüsü üzərində işləyirlər. Bu prosesin Avropa İttifaqı və BMT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Makron qeyd edib ki, əsas məqsəd Livanın suverenliyini gücləndirmək və ölkə ərazisinin yenidən regional münaqişənin başlanğıc nöqtəsinə çevrilməsinin qarşısını almaqdır.

Fransa lideri əlavə edib ki, bu məsələ üzrə Fransa–İtaliya əməkdaşlığını yüksək qiymətləndirir və UNIFIL mandatının başa çatmasından əvvəl yeni perspektivin formalaşacağına ümid edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki