Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı dəniz hüququnun pozulduğu iddiası ilə “Deliver” adlı tankeri saxlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Makronun sözlərinə görə, tanker Sicilya sahilləri yaxınlığından keçərkən əməliyyat həyata keçirilib.
Fransa prezidenti vurğulayıb ki, məqsəd sanksiyalardan yayınmaq üçün istifadə olunduğu iddia edilən “kölgə donanması” fəaliyyətlərinin qarşısını almaqdır.
“Biz kölgə donanmasının sanksiyalardan yayınmasına və Rusiyanın müharibə səylərini maliyyələşdirməsinə imkan verməyəcəyik”, – deyə Makron bildirib.
Rauf
























